Heç bir vaxt öz azadlığımızı xarici müdaxilə ilə əvəz etməyəcəyik

Heç bir vaxt öz azadlığımızı xarici müdaxilə ilə əvəz etməyəcəyik

Bu sözləri İran İslam Respublikası prezidenti BMT Baş Assambleyasının 75-ci sesiyasında çıxışı zamanı bildirib

"Bu gün dünya da zorakılığa və quldurluğa yox demək zamanıdır. Hegemonçuluq dövrü başa çatmışdır. Xalqlar və övladlarımız daha yaxşı, daha təhlükəsiz və qanun aliliyinə malik bir dünyaya layiqdirlər."

Rasthaber Azərbaycan bildirir ki, bu sözləri İran İslam Respublikası prezidenti BMT Baş Assambleyasının 75-ci sesiyasında çıxışı zamanı deyib. 

İran İslam Respublikası prezidenti çərşənbə axşamı BMT Baş Assambleyasının 75-ci sesiyasında videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı sanksiyalarla həyatın çətin olduğunu amma, müstəqilliyin olmadığı həyatın daha çətin olduğunu  bildirib:  "Daxili siyasi azadlığa malik olmaq bizim üçün çox önəmlidir. Və biz Yaxın və Orta Şərqin ən qədim demokratiyası olaraq xalq demokratiyamız ilə fəxr edirik. Heç bir vaxt öz azadlığımızı xarici müdaxilə ilə əvəz etməyəcəyik." 

Həsən Ruhani deyib: "Demokratiya xalqın hakimiyyət haqqıdır və əcnəbilərə müdaxilə haqqı vermir. 28 Mordad 1332-ci günəş ili hadisəsində özünü həbs edərək, qalan terrorçu bir əcnəbinin isə buna heç haqqı yoxdur. O, gün Yaxın və Orta Şərqin yeganə demokratik quruluşunu çevriliş ilə hakimiyyətdən kənarlaşdırdılar." 

Xəbəri paylaş

VİDEOLAR