Həcc ziyarətinə gedən ilk zəvvar qrupu bu həftə Azərbaycana qayıdacaq

Həcc ziyarətinə gedən ilk zəvvar qrupu bu həftə Azərbaycana qayıdacaq

Həcc ziyarətinə gedən ilk zəvvar qrupu iyunun 26-da Azərbaycana geri dönəcək.

Az.rasthaber.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, ilk zəvvar qrupunda 180 nəfər olacaq:

“İlk zəvvar qrupumuz artıq dünən Mədinəyə gəlib. Onlar Mədinə ziyarətgahlarını, tarixi, görməli yerlərini gəzəcəklər”.

Vüsal Cahangiri qeyd edib ki, Azərbaycandan Həcc ziyarətinə gedən sonuncu zəvvar qrupu isə iyulun 1-də geri dönəcək.

Xəbəri paylaş

VİDEOLAR