Həcc ziyarəti zamanı həlak olan iranlı zəvvarların sayı artıb

Həcc ziyarəti zamanı həlak olan iranlı zəvvarların sayı artıb

Səudiyyə Ərəbistanının Məkkə şəhərində Həcc ziyarətində həlak olan iranlı zəvvarların sayı 19-a çatıb.

Az.rasthaber.com xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, səhhətində problem yaranan zəvvarlardan 24-ü Səudiyyə Ərəbistanı xəstəxanalarında müalicə olunur, 35-i isə İrana qaytarılıb.

Qeyd edək ki, Məkkədə gündüz havanın temperaturu demək olar ki, 52 dərəcəyə çatıb.

Xəbəri paylaş

VİDEOLAR