Polad Aslanovun xanımı prezident İlham Əliyevə müraciət edərək həyat yoldaşının qarşı cinayət təqibinin dayandırılmasına yardımçı olmağı xahiş edib.
Xeberman.com saytının redaktoru, həbsdə olan Polad Aslanovun xanımı prezident İlham Əliyevə müraciət edərək həyat yoldaşının qarşı cinayət təqibinin dayandırılmasına yardımçı olmağı xahiş edib.
Polad sərhəddə güc qurumlarının pul tələb etməsi faktları ilə bağlı konkret şahid ifadələrinə əsaslanmış jurnalist yazılarının dərcinə görə əsassız olaraq həbs edilib, jurnalsitin xanımı yazıb.
G.Aslanova qeyd edib ki, 6 yaşlı qızı 7 aydır ki, atasını görməyi gözləyir. “Yeni ildə uşaq üçün ən yaxşı hədiyyə atasının qayıdışı və bayramın birlikdə qeyd edilməsi olardı”, - o deyib.
Xatırladaq ki, xeberman.com saytının redaktoru Polad Aslanov iyunun 12-də saxlanılıb. Növbəti gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Ona qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır. Oktyabrın 5-də jurnalistin həbs müddəti daha 4 ay uzadılıb.
Bu günlərdə ona qarşı CM-in 134-cü maddəsi (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə daha bir ittiham irəli sürülüb.
Yerli və beynəlxalq təşkilatlar Polad Aslanova qarşı cinayət təqibini pisləyiblər və hesab edirlər ki, onun həbsinin əsl səbəbi güc strukturlarında korrupsiya haqda yazıların dərcidir. (Turan)