İraqın Haşdi Şəbi qüvvələri müqəddəs Samirra şəhəri yaxınlığındakı Makişifa bölgəsinə İŞİD terrorçularının hücumunun qarşısını alıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, iraqlı təhlükəsizlik mənbəyi oktyabrın 23-ü Haşdi Şəbi-nin 35-ci briqada qüvvələrinin İŞİD-in Samirra şəhərinin Makişifa bölgəsinə soxulmaq və hücum etmək cəhdinin qarşısını aldığını bildirib.
Digər tərəfdən, İraqın Səlahəddin əyalətindəki Samirra Əməliyyat Qərargahı Komandanlığı Haşdi Şəbi Təşkilatının əməkdaşlığı ilə İmam Həsən Əskərinin (ə) şəhadətinin ildönümü ərəfəsində zəvvarların təhlükəsizliyini təmin etmək üçün xüsusi bir təhlükəsizlik planının tamamlandığını elan edib.
Samarra Əməliyyat Qərargahının komandiri general-mayor Cabbar Əd-Daraci bu barədə verdiyi açıqlamasında “Bu komandanlıq İmam Həsən Əskərinin (ə) şəhadətinin ildönümü münasibətilə zəvvarları qorumaq üçün təhlükəsizlik planını tamamladı. Plana bütün qüvvələr daxildir və federal polisdən Haşdi Şəbi qüvvələrinə qədər bütün təhlükəsizlik qurumları və qüvvələrinin iştirakı ilə ehtiyat tədbirləri görülmüşdür”, -deyə əlavə edib.