"Haşdi Şabi" təşkilatı Kərbəlada koronavirusla mübarizə məqsədilə səyyar xəstəxanalarının qurulmasına start verib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İraqda koronavirus xəstələrinin sayının 316 nəfərə artması ilə bir zamanda bu ölkənin "Haşdi Şabi" təşkilatı Kərbəla vilayətində bir səyyar xəstəxana inşa etdiyini bildirib.
İraqın xalq səfərbər təşklatı - "Haşdi Şabi" dünən gecə bildirib ki, bu səyyar xəstəxananın inşası koronavirusla mübarizə istiqamətində müalicə orqanlarına yardım üçün ehtiyat tədbirlərinin görülməsi məqsədilə həyata keçirilir.
Bu səyyar xəstəxanada yüz çarpayı və tibbi ləvazimat var.
İraq hökumətinin son rəsmi məlumatına görə, indiyədək bu ölkədə 316 nəfər koronavirusa yoluxubdur ki, bu miqdardan 27 nəfər həyatını itiribdir.