İraqda Həşdi Şabi qüvvələri İŞİD terror təşkilatı qalıqlarının təqibi üzrə əməliyyat keçirir.
Rasthaber Azərbaycan xəbər verir ki, anti-terror tədbirləri Ənbar əyalətində İraq-Suriya sərhədi istiqamətində həyata keçirilir.
Xalq Səfərbərlik Qüvvələrinin (Həşdi Şabi) Ənbarda əməliyyat komandanı Qasim Müslih bəyan edib ki, bu, qisas əməliyyatıdır və orada 4 briqada iştirak edir. Məqsəd isə əl-Qəimədən “Əl-Vəlid” keçidinədək olan sərhəd zonasının, o cümlədən də İŞİD terrorçularının gizləndikləri vadininin terrorçulardan təmizlənməsidir.