Əl-Hızr adasındakı İŞİD terrorçularının əlində ABŞ silahları müşahidə edilib
Rasthaber Azərbaycan xəbər verir ki, Haşdi Şabi - İraq könüllü briqadası ABŞ-ın İŞİD-ə silah dəstəyi verməsilə bağlı faktlar aşkar edib.
“Al Maluma” xəbər agentliyinin bildirdiyinə görə, Haşdi Şabi Briqdalarından bir mənbə, əl-Hızr adasındakı İŞİD terrorçularının əlində ABŞ silahları müşahidə edildiyini bildirib.
Haşdi Şabi mənbəsi verdiyi açıqlamada deyib: “ABŞ bazaları, İraq torpaqlarındakı terrorçu ünsürləri, xüsusilə dağlarda ehtiyacları olduqları silahlarla təmin edir.”
Mənbə həmçinin verdiyi açıqlamada “Amerikalılar Qərbi İraqdakı hərbi bazalarından yararlandılar, onları sərhədə çevirdilər və hər kəsin bu sərhədlərə yaxınlaşmasını əngəlləyirlər.”, -deyə bildirib.
Mənbə terrorçu ünsürlərin ABŞ bazalarını sığınacaq olaraq istifadə etdiyini qeyd edərək sözlərinə belə davam edib: “Terrorçu qruplaşmarının ünsürlərini təqib etmək üçün həyata keçirilən Haşdi Şabi əməliyyatları, xüsusilə ABŞ bazalarının çevrələrindəki sərhədlərdə sona çatır.”
Mənbə həmçinin ABŞ güclərinin yaratdıqları sərhədləri Haşdi Şabi aşacağı təqdirdə, hətta ABŞ əsgərləri ilə də silahlı toqquşmanı istisna etməyib.
Haşdi Şabi mənbəsinin sözlərinə görə, İŞİD terror qruplaşması ilə silahlı toqquşmalardan birində, Haşdi Şabinin əlinə ABŞ silahları keçib. Bu fakt, terrorçuların Haşdi Şabiyə hücum etmək üçün ABŞ-dan silah və sursat yardımı almasını təsdiqləyir.