Haniyədən övladlarının şəhid edilməsi ilə bağlı ilk açıqlama: Allaha şükür edirəm!

Haniyədən övladlarının şəhid edilməsi ilə bağlı ilk açıqlama: Allaha şükür edirəm!

İşğalçı sionist İsrailin hücumunda 3 oğlu və bir neçə nəvəsini itirən Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə "övladlarının Qəzzanı tərk etmədiyini, Qüds və Məscidül-Əqsanın azad edilməsi üçün canlarını fəda etdiklərini" deyib.

Az.rasthaber.com xəbər verir ki, Haniyənin İsrailin oğulları və nəvələrinin olduğu avtomobilə hücumdan sonra verdiyi açıqlama Əl-Cəzirə televiziya kanalında yayımlanıb.

HƏMAS lideri bildirib:

Övladlarımın şəhadətinə görə Allaha şükür edirəm. Övladlarım Qəzzada qaldılar, Qəzzanı tərk etmədilər. Bütün xalqımız öz övladlarının qanı ilə böyük bədəl ödəyir. Mən də onlardan biriyəm".

Yaşadıqları ağrı və qanla Fələstin xalqı və Fələstin davası üçün ümid, gələcək və azadlıq yaratdıqlarını vurğulayan Haniyə sözlərini belə davam etdirdi:

"Biz İsrailə deyirik ki, o, dağıntılar, qırğınlar və soyqırım yolu ilə əldə edə bilmədiyi şeyləri danışıqlar masası arxasında ala bilməyəcək. Oğullarımın qanı Qəzzada şəhid olan xalqımızın qanından qiymətli deyil. Övladlarım Qüdsün və Məscidül-Əqsanın azad edilməsi üçün canlarını fəda etdilər.".

İsrailin liderlərin övladlarını hədəfə alaraq fələstinlilərin əzmkarlığını qıracağını düşündüyünü, lakin bu qan tökülməsinin Fələstin torpağına sadiq qalmaq əzmlərini artıracağını ifadə edən Haniyə bildirib:

"Müharibədə mənim ailəmin 60-a yaxın üzvü şəhid olub və onların bizim xalqla heç bir fərqi yoxdur. İtkilərimiz nə qədər böyük olsa da, biz İsrailin şantajına boyun əyməyəcəyik, güzəştə getməyəcəyik".

Haniyə həmçinin vurğulayıb ki, "İsrailin köçkünlərlə dolu Rəfah şəhərini işğal etmək təhdidləri Fələstin xalqını və müqavimətini qorxutmur".

Xəbəri paylaş

VİDEOLAR