21.04.2022 17:10:40
Fələstinin İslami Müqavimət Hərəkatı Həmas-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə sionist mühacirlərin Məscid-i Əqsaya təcavüzünə münasibətində deyib: Bu cəhdlər sionist rejimin ömrünü qısaldır.
Az.rasthaber.com xəbər verir ki, Fələstin mediası cümə axşamı səhər bildirib ki, böhran işğal altındakı Qüdsün Bab əl-Amoud bölgəsində və Məscidül-Əqsanın həyətində davam edir.
Məlumata görə, sionist rejimə bağlı əsgərlər qeyri-qanuni yollarla Məscidül-Əqsa ərazisinə daxil olub və etirazlarla qarşılaşdıqdan sonra fələstinlilərlə toqquşmaya başlayıblar.
Bu səhər sionist rejim polisi məscid daxilində dindarlara hücum edərək, sionist mühacirlərin bu müqəddəs yerə hücum etməsi üçün zəmin hazırlayıb.
Məscidül-Əqsaya hücumun, məscidin islami kimliyini dəyişməyəcəyini vurğulayan Haniyə, sionistlərin Məscidül-Əqsadakı zülmünün işğalçıların ömrünü qısaldacağını və bu rejimin Fələstin torpaqlarından qovulmasına səbəb olacağını bildirib.
Haniyə əlavə edib ki, Məscidül-Əqsadakı hadisələri nəzərə alaraq, işğalçı rejimlə münasibətlərini normallaşdıran ölkələrin işğal olunmuş Fələstindəki səfirlərini geri çağırması gözlənilir.