Haker hücumu: ABŞ Maliyyə Nazirliyi və Milli Telekommunikasiyanın məlumatları oğurlandı

Haker hücumu: ABŞ Maliyyə Nazirliyi və Milli Telekommunikasiyanın məlumatları oğurlandı

BŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Con Villiot bildirib.

Rasthaber Azərbaycan “Reuters”-ə istinadən xəbər verir ki, hakerlər ABŞ Maliyyə Nazirliyi və Milli Telekommunikasiya və İnformasiya İdarəsinin məlumatlarını oğurlayıblar.

“Biz bu vəziyyətlə bağlı bütün mümkün problemləri müəyyən edib aradan qaldırmaq üçün bütün zəruri tədbirləri görürük”, – deyə ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Con Villiot bildirib.

KİV-in məlumatına görə, hakerlərin hərəkətləri o qədər ciddi olub ki, Ağ Evdə təcili iclas belə keçirilib.

Hakerlərin ABŞ hökumətinin digər şöbələrini də sındıraraq konfidensial məlumata çıxış əldə edə bildikləri istisna edilməyib.

Xəbəri paylaş

VİDEOLAR