Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsindən Fələstin barədə tarixi qərar

Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsindən Fələstin barədə tarixi qərar

Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi (BCM) işğal olunmuş Fələstin torpaqlarında törədilən cinayətlərə dair hökm çıxarmaq səlahiyyətinə malik olması barədə qərar qəbul edib.

Rasthaber Azərbaycan RT-yə istinadla xəbər verir ki, bu barədə qurum xüsusi bəyanat yayıb.

“Bu gün BCM-in İbtidai istintaq Palatası səs çoxluğu ilə özünün hüquqlarının İsrail tərəfindən 1967-ci ildən başlayaraq işğal edilən Fələstin ərazilərini əhatə etməsi barədə qərar çıxarıb”, – sənəddə deyilir.

“BMT Baş Assambleyası 67/19 saylı qətnaməsi ilə Fələstin xalqının 1967-ci ildən işğal edilən torpaqlarda Fələstin dövləti çərçivəsində öz müqəddaratını həll etmək və müstəqillik hüququnu tanıyıb. BMT-nin müvafiq qətnaməsi əsasında BCM qərara alır ki, məhkəmə ərazi baxımından Qəzza şəhəri və Qərbi Qüds daxil olmaqla Qərb sahilində səlahiyyətlərini həyata keçirmək hüququna malikdir”, – bəyanatda vurğulanır.

Xəbəri paylaş

VİDEOLAR