Ölkədə koronavirusun mövcud yayılma təhlükəsi ilə əlaqədar Gürcüstanın aparıcı universitetləri distansiyalı dərs rejiminə keçid qərarı almağa başlayıblar.
Rasthaber Azərbaycan 24News.ge-yə istinadən xəbər verir ki, Tbilisi Dövlət Universiteti və İlia Dövlət Universiteti artıq dərslərin aktiv şəkildə elektron vasitələrinin hazırlanmasına keçdiklərini bildiriblər.
Bu isə o deməkdir ki, tələbələr universitetə getmədən müxtəlif tipli dərs materiallarını internetdən əldə edə və hazırlaşa bilərlər. Universitetlər videodərslər və başqa bu tipli vasitələrlə distansiyalı təhsil rejimindən faydalana biləcəklər.
Qeyd edək ki, kornavirusla əlaqədar məktəblərdə və ali təhsil ocaqlarında məcburi tətillərin uzadılması barədə hələlik rəsmi qərar yoxdur. Bu barədə rəsmi qərarın yaxın günlərdə veriləcəyi bildirilir.
Hal-hazırda ölkədə koronavirusa 23 yoluxma halı qeydə alınıb. İtaliyadan gətirilən vətəndaşlarla birlikdə təqribi olaraq 300 nəfər isə kranatində saxlanılır