Gürcüstanda koronavirusa yoluxanların sayı 50-ni keçdi

Gürcüstanda koronavirusa yoluxanların sayı 50-ni keçdi

Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 54 nəfərə çatıb.

Rasthaber "24News.ge"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi saytda bildirilib.

Karantində 1 966, stasionar nəzarətdə isə 259 nəfər saxlanılır. Koronavirusa yoluxanlardan biri tam sağalıb.

Qeyd edək ki, dünyada yeni növ koronavirusa yoluxanların sayı 300 min nəfəri ötüb. Hazırda dünya üzrə 307 277 yoluxma halı qeydə alınıb, 92 372 nəfər sağalıb, 13 048 nəfər dünyasını dəyişib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbəri paylaş

VİDEOLAR