Gürcüstanda koronavirusa yoluxanların sayı 100 mini ötdü

Gürcüstanda koronavirusa yoluxanların sayı 100 mini ötdü

Gürcüstanda son sutkada koronavirusa 3 824 yeni yoluxma faktı təsdiqlənib, 3 851 nəfər sağalaraq evə buraxılıb, 33 pasiyent isə vəfat edib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 100 684-ə çatıb. Yoluxan şəxslərin 81 783-ü sağalıb, 927-si isə dünyasını dəyişib.

Hazırda karantin rejimində 2 128, stasionar nəzarətdə isə 5 976 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 3 445 nəfər xüsusi otellərdə müalicə alır.

Xəbəri paylaş

VİDEOLAR