Gürcüstanda ilk koronavirus xəstəsi aşkar edildi

Gürcüstanda ilk koronavirus xəstəsi aşkar edildi

"Gürcüstanda ilk dəfə koronovirusa yoluxma halı qeydə alındı"

Rasthaber Azərbaycan 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın əmək, səhiyyə və sosial məsələlər naziri Ekaterine Tikaradze xüsusi brifinqdə bəyan edib.

Nazir qeyd edib ki, virus 50 yaşındakı Gürcüstan vətəndaşında aşkarlanıb. Hansı ki, həmin vətəndaş dünən Azərbaycandan keçərək ölkəmizə daxil olub. Vətəndaşın daha əvvəl İran İslam Respublikasında səfərdə olduğu bildirilir.

Hal-hazırda sözügedən şəxs Yoluxucu Xəstəliklər Klinikasında müalicə alır. Onun vəziyyəti qənaətbəxşdir.

Xəbəri paylaş

VİDEOLAR