Gürcüstanda cərimə ödəməyən xarici vətəndaşlar ölkəyə buraxılmayacaq

Gürcüstanda cərimə ödəməyən xarici vətəndaşlar ölkəyə buraxılmayacaq

Vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daxil olmasının məhdudlaşdırılması nəzərdə tutulur.

İnzibati qanun pozuntusuna görə cəriməni ödəməyən xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daxil olmasının məhdudlaşdırılması nəzərdə tutulur.

Rasthaber Azərbaycan "24News.ge"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinə təqdim olunan qanun layihəsində bildirilib.

Sənəddə qeyd olunub ki, məhdudiyyətlərin tətbiqi əcnəbilərə Gürcüstan ərazisində inzibati qanun pozuntularına görə məsuliyyət daşıması üçün effektiv mexanizm yaratmağa imkan verəcək.

Qanun layihəsi parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Xəbəri paylaş

VİDEOLAR