Gürcüstanda COVİD 19 məhdudiyyətləri 1 fevrala qədər uzadıldı

Gürcüstanda COVİD 19 məhdudiyyətləri 1 fevrala qədər uzadıldı

Gürcüstan Baş naziri Giorgi Qaxariya bildirib

Rasthaber Azərbaycan 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Baş naziri Giorgi Qaxariya hökumətin iclası zamanı məhdudiyyətlər barədə danışıb.

O deyib ki, 1 il keçməsinə baxmayaraq, bütün dünyada, o cümlədən də Gürcüstanda pandemiya ilə mübarizənin davam etdiyini demək olar.

Qaxariya 15 yanvarda ölkədə 1177 yoluxmanın olduğunu və bu rəqəmin son iki ayda tətbiq edilən məqsədli məhdudiyyətlər nəticəsindəki müsbət dinamikanı göstərdiyini deyib.

Onun sözlərinə görə, gündəlik 1500 yoluxma Gürcüstan üçün olduqca böyük göstəricidir.

“Hamımız anlayırıq ki, atılan addımlar düzgün olub” deyən Qaxariya bu gün sözügedən məhdudiyyətlərin 1 fevraladək uzadılmasına dair qərarın qəbul edilməli olduğunu vurğulayıb.

O əlavə edib ki, Səhiyyə Nazirliyinin müvafiq qurumları iqtisadiyyat və biznes rəsmiləri ilə aktiv şəkildə işləyir ki, iqtisadiyyatı mümkün qədər tez və effektiv şəkildə açmağa imkan verəcək konkret tədbirlər hazırlansın.

“Bunlar həm test sxemləri, həm də vaksinasiya və başqa məsələlərdir. Yaxın zamanda Səhiyyə Nazirliyi həmin planı təqdim edəcək və biz iqtisadiyyat və biznes rəsmiləri ilə birlikdə onun üzərində işləyəcəyik”, – deyə o bildirib.

Xəbəri paylaş

VİDEOLAR