Gürcüstanda azərbaycandilli məktəbdə yanğın

Gürcüstanda azərbaycandilli məktəbdə yanğın

Kvemo Kartli bölgəsinin Qardabani rayonunda yerləşən 3 saylı azərbaycandilli məktbədə yanğın olub.

Rasthaber Azərbaycan Aktual.ge-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə oluması Xidmətindən bildirilib.

Əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğın 4 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən otaqda baş verib.

Müəllimlər və şagirdlər məktəb binasından təxliyə edilib. Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, məktəb 2010-cu ildə əsaslı təmir edilib.

Xəbəri paylaş

VİDEOLAR