Gürcüstana bu ilin birinci ayında ən çox Azərbaycan vətəndaşı səfər edib

Gürcüstana bu ilin birinci ayında ən çox Azərbaycan vətəndaşı səfər edib

2020-ci ilin yanvar ayında 86,9 min Rusiya vətəndaşı Gürcüstana səfər edib

Rasthaber Azərbaycan İnterfaks-a istinadən xəbər verir ki, 2020-ci ilin yanvar ayında 86,9 min Rusiya vətəndaşı Gürcüstana səfər edib, bu da ötən ilin yanvar ayının göstəricisindən 1,1% çoxdur. Bu barədə çərşənbə axşamı Gürcüstanın Milli Turizm Administrasiyası məlumat verir.

Ötən ay Gürcüstana səfər edən vətəndaşların sayına görə il ərzindəRusiya 2-dən 3-cü yerə enib. Ən çox turist Azərbaycandan gəlib – 124,5 min nəfər (artım 34,9%). İkinci yerdə Ermənistandan olan turistlərdir – 91,6 min nəfər (artım 17,5%). Dördüncü terdə Türkiyə vətədaşları (64,3 min nəfər), beşinci yerdə - Ukrayna vətəndaşları qərarlaşıb (12,8 min nəfər). Sonra İsrail, İran, Qazaxıstan və s. ölkələrdən turistlər gəlir.

Xəbəri paylaş

VİDEOLAR