“SkyUp Airlines” Ukrayna aviaşirkəti məlumat yayıb
Rasthaber Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki, “SkyUp Airlines” Ukrayna aviaşirkətinin məlumatına görə, Ukraynadan Gürcüstan istiqamətilə ilk uçuşlar iyulun birindən bərpa olunacaq. Bu barədə məlumatı aviaşirkətin mətbuat xidmətinə istinad edərək Ukrayna mediası yayır.
“Beynəlxalq reyslərin bərpası iyulun birindən Gürcüstan və Albaniya istiqamətinə, 15 iyuldan isə, başqa ölkələrə planlaşdırlır”, – aviaşirkətin bəyanatında deyilir.
Bununla yanaşı, aviaşirkətdə bəyan etdilər, reyslərin bərpası demək deyil ki, bütün məhdudiyyətlər aradan qaldırılıb.