Gürcüstan Rusiya əleyhinə sanksiyalarına qoşulmayacaq

Gürcüstan Rusiya əleyhinə sanksiyalarına qoşulmayacaq

Gürcüstan Rusiyaya qarşı iqtisadi sanksiyalarda iştirak etməyəcək.

Az.rasthaber.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bəyan edib.

Açıq-aydın və birmənalı şəkildə bildirmək istəyirəm ki, bizim milli maraqlarımızı və və xalqımızın maraqlarını nəzərə alaraq, Gürcüstan (Rusiyaya qarşı) maliyyə və iqtisadi sanksiyalarında iştirak etməyəcək. Çünki, təkrar edirəm, bu, ölkəmizə və əhalimizə daha çox zərər vuracaq“, – deyə o qeyd edib.

Qaribaşvili deyib ki, bu cür qərarların qəbulu zamanı əsas olaraq “sırf ölkəmizin milli maraqları” götürüləcək.

Xəbəri paylaş

VİDEOLAR