“Gürcüstanda koronavirus hallarının artması nəzarətdən çıxarsa, əhali kütləvi koronavirus testindən keçirilə bilər”.
Rasthaber Azərbaycan 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Ekaterina Tikaradze bildirib.
Nazir deyib ki, Gürcüstan bu məsələ ilə bağlı Çin və Cənubi Koreya ilə danışıqlar aparılır və bu metodun tətbiqi ilə bağlı onlardan tövsiyələr gözləyir.
E.Tikaradzə əlavə edib ki, koronavirusa yoluxma halları artmaqda davam edəcəksə, ölkədə tədris prosesinin yenidən uzadılması tövsiyə olunacaq.