Gürcüstan ermənilərin qondarma seçkilərini tanımadı

Gürcüstan ermənilərin qondarma seçkilərini tanımadı

Gürcüstan qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanımır.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

"Gürcüstan tərəfi qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanımır və ona görə də Azərbaycanın bu regionunda keçirilən qondarma prezident seçkilərinin ikinci turunu da tanımır. Gürcüstan Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəkləyir", - deyə məlumatda qeyd olunur.

Xəbəri paylaş

VİDEOLAR