Gürcüstan da maska məsələsini ciddiləşdirmək istəyir: Cəriməlıər...

Gürcüstan da maska məsələsini ciddiləşdirmək istəyir: Cəriməlıər...

"Küçəyə çıxan zaman tibbi maskadan istifadə etməyənlər üçün cərimələrin hələlik tətbiqi həyata keçirilmir, lakin qarşıdakı günlərdə bunun baş tutması mümkündür".

Rasthaber Azərbaycan "24News.ge"yə istinadən xəbər verir ki, bu sözləri Gürcüstan Parlamentinin Hüquq Komitəsinin sədri, Anri Oxanaşvili deyib.

O qeyd edib ki, virusdan müdafiə olunmaq üçün bu kimi addımlar və qabaqlayıcı tədbirlər həyata keçirmək çox önəmlidir, o cümlədən cərimələrin tətbiqi də həmçinin, lakin bu ictimaiyyət üçün ağır yük olmamalıdır.

"Qoruyucu addımlardan biri odur ki, qabaqlayıcı tədbirlər alaq. Onlar arasında cərimədə var ancaq, bu cəmiyyətimiz üçün ağır bir yük olmamalıdır.

Bunu kimin uydurduğunu deyə bilmərəm, biz onun üçün çalışırıq ki, cəmiyyətin təhlükəsizliyini maksimum dərəcədə təmin edək. Bizim əsas məqsədimiz odur ki, hər bir vətəndaşımızı koronavirusa yoluxmaqdan və onu yaymaqdan qoruyaq. Bizim əsasə məqsədimiz kimisə cərimələmək deyil", - deyə o qeyd edib.

Oxanaşvili həmçninin bildirib ki, balanslaşdırılmış qanuna dəyişikliklər paketi hazırlanacaq və sözügedən yeniliklərlə bağlı yaxın zamanda ictimaiyyətə məlumat veriləcək.

Xəbəri paylaş

VİDEOLAR