Məlumatda qeyd olunur ki, məhdudiyyətlər yük daşımalarına şamil olunmur.
Gürcüstanın baş nazirinin rəhbərliyi altında fəaliyyət göstərən koronavirus üzrə idarələrarası əlaqələndirmə şurasının qərarına əsasən, Azərbaycan və Ermənistandan vətənə qayıdan Gürcüstan vətəndaşları üçün bu ölkələrlə sərhədlərdə yalnız bir nəzarət-buraxılış məntəqəsini açıq qalacaq.
“Hazırki mərhələdə qərar alınıb ki, Azərbaycandan gələn Gürcüstan vətəndaşlarına “Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsindən, Ermənistandan gələnlər üçün – “Sadaxlo” nəzarət-buraxılış məntəqəsindən sərhədi keçmək icazə veriləcək”, - şuranın bazar günü məlumatında deyilir.
Qeyd olunan nəzarət-buraxılış məntəqələrindən Azərbaycan və Ermənistan vətəndaşları vətənə qayıda biləcəklər. Məlumatda qeyd olunur ki, məhdudiyyətlər yük daşımalarına şamil olunmur.