Gürcüstan 500 min nəfərə təzminat verdi

Gürcüstan 500 min nəfərə təzminat verdi

Bu haqda Gürcüstan Dövlət İşədüzəltməyə Yardım Agentliyi məlumat yayıb.

Rasthaber Gürcü mediasına istinadən xəbər verir ki, koronavirus pandemiyası dövründə Gürcüstanda 515 495 insan dövlətdən təzminat alıb.

Bu haqda Gürcüstan Dövlət İşədüzəltməyə Yardım Agentliyi məlumat yayıb.

10 avqusta olan məlumatlara əsasən, Gürcüstan Səhiyyə Nazirliyinin portalında təzminat almaq istəyən 253 690 öz məşğul şəxs qeydiyyatdan keçib. Onlardan 171 801 nəfəri artıq 300 lari məbləğində (təxminən 100 dollar) birdəfəlik pul yardımı alıb. Ümumilikdə 51,5 milyon lari (təxminən 17,2 milyon dollar) ödənilib.

Həmçinin pandemiyaya görə işini itirmiş şəxslərin hesabına da 200 lari (təxminən 67 dollar) məbləğində aylıq yardım köçürülüb: mayda 72 853, iyunda 152 946, iyulda 117 895 vətəndaşın hesabına. Cəmi 68,7 milyon lari (22,9 milyon dollar) köçürülüb.

COVID-19-a görə işini itirmiş vətəndaşların dövlətdən təzminat alma üçün ərizə vermə tarixi 1 avqustda başa çatıb.

Xatırladaq ki, bu yaxınlardan Gürcüstan Baş naziri Giorqi Qaxariya bildirib ki, hətta qeydiyyat zamanı natamam və dəqiq olmayan sənədlər təqdim edərək hökumətin qərarının tələblərini tam yerinə yetirməmiş özü məşğul vətəndaşlara da sentyabrda istisna hal olaraq 300 lari məbləğindəki birdəfəlik pul yardımı veriləcək.

Xəbəri paylaş

VİDEOLAR