GUAM ölkələri İsraillə əməkdaşlığı müzakirə edəcək

GUAM ölkələri İsraillə əməkdaşlığı müzakirə edəcək

Noyabrın 23-də GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 56-cı iclası keçiriləcək.

Az.rasthaber.com xəbər verir ki, pandemiya səbəbindən Milli Əlaqələndiricilər Şurasının 56-cı iclası onlayn şəkildə keçiriləcək.

İclasda GUAM ölkələri arasında siyasi təmasların genişləndirilməsi, koronavirusa qarşı birgə mübarizə, malların mənşəyinin müəyyənləşdirilməsi barədə protokolun imzalanması, GUAM-ın İsraillə əməkdaşlığı məsələləri müzakirə olunacaq.

Tədbirdə həmçinin GUAM ölkələri arasında azad ticarət zonasının yaradılması, nəqliyyat dəhlizi layihələri müzakirə ediləcək.

Onlayn iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

Qeyd edək ki, GUAM-a Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.

Xəbəri paylaş

VİDEOLAR