İran Xarici İşlər Nazirliyinin sözçüsü İslam ölkələrinin Fələstinin müdafiəsində hərəkətsizliyini tənqid edib.
Az.rasthaber.com xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani kiberməkandakı şəxsi səhifəsində sionist rejimin Yaponiyadakı səfirinin Naqasaki şəhərinə atom bombası atılmasının illik mərasimində iştirak etmək üçün dəvət edilməməsi və nəticədə bu mərasimi ABŞ, Yeddilik Qrupu və Bəzi Qərb ölkələri səfirlərinin boykot etməsi xəbərinə toxunaraq yazıb: Əgər İslam hökumətləri və müsəlman xalqlar öz İslami, humanitar və qanuni vəzifələrinə əsaslanaraq məzlum Fələstin xalqına və Qəzzanın müdafiəsiz sakinlərinə əməlli-başlı dəstək versəydilər, Fələstin vətəndaşları, uşaqlar və qadınlar qatil qəbilə tərəfindən qətlə yetirilməzdi.