Gəncə İşi Məhkəməsinin növbəti iclası keçirilib

Gəncə İşi Məhkəməsinin növbəti iclası keçirilib

Məhkəmə iyulun 29-də vəkillərin müdafiə çıxışları ilə davam etdirləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılan terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov daxil olmaqla, 12 nəfər dəstə üzvünün cinayət işi (Gəncə işi) üzrə məhkəmə prosesi davam etdirilib.

Dünənki iclasda vəkillərin müdafiə çıxışları olub. Müdafiə tərəfi Yunis Səfərovdan başqa digər təqsirləndirilən şəxslərə bəraət istəyib.

Məhkəmə iyulun 29-də vəkillərin müdafiə çıxışları ilə davam etdirləcək.

Məhkəmə prosesi mayın 25-dən təxirə salınmışdı.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakimlər kollegiyası zərərçəkən kimi tanınan Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevin anlaqlı olub-olmamasının müəyyənləşdirilməsi üçün tibbi ekspertiza keçirilməsi barədə qərar verib. Vəkillər bildirib ki, Elmar Vəliyev zərərçəkmiş qismində tanınsa da, ətraflı dindirilməyib. Yalnız bir dəfə ilkin ifadəsi alınıb, onda da “yadımda deyil, sonra danışaram” deyib. Sonradan səhhətində problemlər olması əsas gətirilərək dindirilməyib. Amma onun gerçək durumunun müəyyənləşdirilməsi üçün tibbi ekspertiza təyin edilməyib.

Ekspertiza rəy verib ki, sui-qəsd nəticəsində Elmar Vəliyevdə psixi pozğunluq durumu yaranıb və məhkəmədə dindirilməsi vəziyyətinin pisləşməsinə səbəb ola bilər.

Xəbəri paylaş

VİDEOLAR