10.04.2021 16:00:26
İran Silahlı Qüvvələr Qərargahının sözcüsü general Əbulfəzl Şəkərçi açıqlama verib
Rasthaber Azərbaycan xəbər verir ki, İran Silahlı Qüvvələr Qərargahının sözcüsü general Əbulfəzl Şəkərçi Qırmızı dənizdə qəzaya uğrayan, yüngün şəkildə xəsarət aldığı bildirilən İrana aid "Saviz" gəmisilə bağlı açıqlama verib.
O "Saviz gəmisi olayı ilə araşdırma tamamlanmadan heç bir reaksiya verə bilmərik. Bu mövzuda Fars Körfəzindəki heç bir ölkəni də ittiham etmirik.", -deyə bildirib.
Araşdırmadan sonra səbəbkarlara cavab veriləcəyini qeyd edən iranlı general, ABŞ-ın İrana ziyan verən addımlarda barmağı olduğunu da önə çəkib.