Hadisə ölkənin qərbində yerləşən Mai-Ndombe gölündə baş verib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Konqonun humanitar yardımlar naziri Stiv Mbiyaki bildirib ki, gəmidə 700-dən çox sərnişin olub. 60 nəfərin meyiti tapılıb, 300 nəfər xilas edilib, axtarış işləri davam etdirilir.
Nazir Mbiyaki-nin sözlərinə görə mövsümi yağışların çox olduğu bu dönəmdə gəmi qəzaları tez-tez baş verir. Səbəb isə gəmilərin köhnə olması və həddindən artıq yük daşımasıdır.
Ölkədə yol infrastrukturu qənaətbəxş olmadığından əhali çay və göllərdən istifadə edir.