Global Times: ABŞ Ukrayna böhranını uzatmaqla “öz ayağına güllə atır”

Global Times: ABŞ Ukrayna böhranını uzatmaqla “öz ayağına güllə atır”

Qərbdə başa düşməyə başladılar ki, Ukraynaya hərbi yardım yeni problemlərdən başqa heç nə vermir. Böhran nə qədər uzun sürərsə, ABŞ və digər Qərb ölkələrinə bir o qədər çox ziyan dəyəcək.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" Çinin “Global Times” qəzetinə istinadən məlumat yayıb. 

Nəşr qeyd edir ki, ABŞ prezidenti Co Bayden lazım olduğu qədər Ukraynanın yanında olacağına söz versə də, ABŞ-da və Qərb müttəfiqlərində münaqişədən və Ukraynadan yorğunluq müşahidə olunur. Bu, xüsusilə enerji və ərzaq böhranlarının başlaması, inflyasiyanın artması v ilə nəzərə çarpmağa başlayıb. 

Nəşr iddia edir ki, bu səbəbdən ABŞ və Qərbin Ukraynaya nə vaxta qədər yardım göstərəcəyi ilə bağlı suallar getdikcə artır.

Məqalədə qeyd olunur ki, Birləşmiş Ştatlar Ukrayna böhranının təşəbbüskarı olaraq öz “ayağına güllə atır”.

Xəbəri paylaş

VİDEOLAR