General Süleymaniyə qarşı sui-qəsd sionistlərin işi idi

General Süleymaniyə qarşı sui-qəsd sionistlərin işi idi

Bunu İran prezidenti Həsən Ruhani kabinet iclasında çıxışında deyib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani, şəhid General Hacı Qasim Süleymanini bölgədə Amerika və sionistlərin hilələrini boşa çıxaran və İranın regional xarici siyasətində ən yaxşı məsləhətçi olduğunu vurğulayıb.

O Süleymaniyə qarşı sui-qəsdin arxasında sionistlərin olduğunu da deyib.

"Trampı nüvə razılaşmasından çıxmağa təşviq edənlər sionistlər idi. İsrail paytaxtını Qüdsə daşımaq sionistlərin cinayəti idi. Bəzi beynəlxalq təşkilat və quruluşlardan Fələstini bəhanə edərək  çəkilmək də sionistlərin qışqırtması və əmri üzərinə oldu. General Süleymaniyə qarşı sui-qəsd də sionistlərin işi idi. Trampın əzm etdirən qatil adam olduğu doğrudur, amma pərdə arxasında bölgə üçün həyatını ortaya qoyan böyük bir Generala sui-qəsd təşkil etdirmək sionistlərin işi idi.", -deyə İran prezidenti vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR