İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Həsən Həsənzadə general Qasim Süleymaninin şəhadətinin 2-ci ildönümü ilə bağlı planlardan danışıb.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, o deyib ki, 3 yanvarda Tehranda şəhadətin 2-ci ildönümü keçiriləcək.
“Artıq 3 aydır ki, general Qasim Süleymaninin şəhadətinin ildönümünün keçirilməsi ilə bağlı Tehranda operativ qərargah yaradılıb və bu ilə (2022-ci il üçün) xüsusi mərasim planlaşdırılıb”, - deyə o qeyd edib.
Həsənzadənin sözlərinə görə, nəzərdə tutulan tədbirlər 10 günlük olacaq.