"General Süleymaninin intiqamını onun yolu ilə almalıyıq"

İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandiri deyib ki, bütün Amerika liderlərinin öldürülməsi ABŞ-ın iki il əvvəl iranlı general Qasim Süleymanini qətlə yetirməsinin qisasını almaq üçün kifayət etməz.

Az.rasthaber.com xəbər verir ki, ABŞ və İran 2020-ci ildə, general Qasım Süleymaninin Bağdad hava limanına pilotsuz təyyarənin hücumu nəticəsində öldürülməsindən və Tehranın ABŞ-ın İraqdakı bazalarına hücumu ilə cavab verməsindən sonra münaqişə daha da alovlanmışdı.
İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandiri Məhəmməd Pakpur İran dövlət mediasına müsahibəsində bildirib:
"Şəhid Süleymani o qədər böyük şəxsiyyət idi ki, bütün Amerika liderlərini öldürsək belə, onun qisasını ala bilmərik.
Biz Süleymaninin intiqamını başqa vasitələrlə, onun yolu ilə almalıyıq".
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp İranın beynəlxalq sanksiyaların ləğvi müqabilində nüvə proqramını məhdudlaşdırmağa razı olduğu sazişdən çıxmışdı.

Xəbəri paylaş

VİDEOLAR