General Səlami: İranı iflic etmək istəyənlərin özləri iflic olublar

General Səlami: İranı iflic etmək istəyənlərin özləri iflic olublar

İran İslam inqilabı Keşikçiləri Lorpusu SEPAH-ın baş komandanı deyib: "İranı sanksiyalarla iflic vəziyyətə salmaq istəyənlər bu gün özləri iflic olanlara bənzəyirlər".

Az.rasthaber.com xəbər verir ki, general-mayor Hüseyn Səlami İranın elmi, sənaye, iqtisadi, mədəni və müdafiə sahələrində inkişafına diqqət çəkib və deyib: "Guya inkişaf etmiş və birinci dünya ölkələri deyilən ölkələrin daxili mühitində cəmiyyətin əhəmiyyətli hissələrinin həyatında nizamsızlıq və bədbəxtlik hökm sürür".

General-mayor Səlami qeyd edib ki, zahirən inkişaf etmiş bu ölkələrin ləyaqətsiz hökmdarları bütün bu sərvətləri çox yanlış və şeytani strategiyalarına görə,  düşmənə çevirirlər.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş Komandanı, həmçinin İranın bəzi bölgələrində son zamanlar baş verən qarışıqlıq və iğtişaşlara toxunaraq, İran İslam İnqilabının hərdən bir öz xarici düşmənləri ilə hesablaşmalı olduğunu və İslam Respublikasının inkişafı və güclənməsinin  bu çağırışların kənarında olduğunu bildirib. 

İqtisadi sanksiyalar 1990-cı illərin əvvəllərindən dünyanın təkəbbürlü dövlətlərinin müstəqil ölkələrə təzyiq vasitəsinə çevrilib.

İslam İnqilabının qələbəsindən sonra İran xalqının düşmənləri həmişə amansız sanksiyalarla ölkə iqtisadiyyatına zərbə vurmağa çalışırlar və heç bir sənaye sahəsinə sanksiya tətbiq etməyi dayandırmayıblar.

Xəbəri paylaş

VİDEOLAR