General Salami: İsrail bilsin ki, vurub qaçmaq dövrü başa çatıb

General Salami: İsrail bilsin ki, vurub qaçmaq dövrü başa çatıb

Sionistlər bilməlidirlər ki, vurub qaçmaq dövrü başa çatıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı vurğulayıb.

 «Russia Əlyəum» informasiya kanalı ilə müsahibədə Fələstinin qüdrətinin artmasına işarə edən general-mayor pasdar Hüseyn Salami bildirib ki, yeni Fələstin formalaşıb.

Onun sözlərinə görə, son savaş sionist rejimin hesablamalarına güclü Fələstini qəbul etdirdi.

General Salami həmçinin bildirib ki, fələstinlilər gündən-günə daha da qüdrətli olacaqlar.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı habelə vurğulayıb ki, İran xalqı seçkilərdə geniş iştirakla bağlı İslam İnqilabının Böyük Rəhbərinin tövsiyələrinə ləbbeyk deyəcək.

Xəbəri paylaş

VİDEOLAR