İranda qlobal informasiya rabitəsinin idarə edilməsi və nəzarəti texnologiyaları sahəsində olduqca müasir və mütərəqqi sistemlər yaradılıb.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) komandanı general-mayor Hüseyn Salami bildirib.
“Bu gün biz hava hücumundan müdafiə (HHM) sahəsində böyük müvəffəqiyyətlərə nail olmuşuq”, - deyə o, “Vilayət Səmasının Müdafiəçiləri – 1400” təlimlərində qeyd edib.
Qeyd edək ki, “Ey Allahın elçisi” kod adlı sözügedən təlimlər 12 oktyabrda başlayıb.