Korona ilə mübarizə üçün Sepah və Bəsic-in bütün imkanlarından istifadə edəcəyik- deyə, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı vurğulayıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, General-mayor pasdar Hüseyn Səlami bu gün «Bəsice Mostəzəfin» təşkilatının məkanında ölkə üzrə vilayət korpuslarının komandanları ilə video-konfrans formasında keçirilən Şəhid Süleymani layihəsi kimi koordinasiya iclasında deyib ki, korona xəstəliyinin yayılması xalqa əzab verən təhlükəli bir mərhələyə çatıb.
Belə bir mühitdə bu xəstəliklə mübarizə istiqamətində ixtiyarımızda olan imkanların xidmətə götürülməsi üçün məsuliyyət qəbul edəcək və xalqın qarşısında sədaqətlə hərəkət edəcəyik- deyə, general Səlami vurğulayıb.
Sepah-ın baş komandanı həmçinin deyib: İslam İnqilabının Böyük Rəhbərinin qarşıya qəti vəzifə qoyan aydın fərmanlarının həyata keçməsi üçün qanuni, təşkilati, şəri vəzifə və tarixi borc kimi bütün imkanlarımızı səfərbər etmişik.- deyə, Sepah-ın baş komandanı vurğulayıb.