General Qaani yenidən Suriyaya səfər edib

General Qaani yenidən Suriyaya səfər edib

İran İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandanı briqada generalı İsmayıl Qaani ikinci dəfə Suriyada zəlzələ bölgəsinə səfər edib.

Az.rasthaber.com İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandanı briqada generalı İsmayıl Kaani Suriya səfəri çərçivəsində fevralın 6-da baş verən zəlzələdən zərər çəkmiş Latakiya və Hələbə səfər edib.

Qüds qüvvələrinin komandanı briqada generalı Qaani fevralın 9-da Suriyanın zəlzələ bölgəsinə səfər edib.

Xatırladaq ki, fevralın 6-da Kahramanmaraşın Pazarcık rayonunda baş verən zəlzələlər Misir, Livan, Suriya və İraqda güclü hiss olunub.

Zəlzələ Suriyanın İdlib, Hələb, Həma, Latakiya, Tartus və Rakka əyalətlərində də güclü hiss olunub və böyük dağıntılara səbəb olub.

Xəbəri paylaş

VİDEOLAR