General Qaani Qasim Süleymaninin şəhid olduğu yeri ziyarət edib

General Qaani Qasim Süleymaninin şəhid olduğu yeri ziyarət edib

Qüds qüvvələrinin komandanı general İsmayıl Qaani Bağdada səfəri zamanı müqavimət komandirləri general Qasim Süleymain və Əbu Mehdi əl-Mühəndisin şəhid olduğu yerə gedərək onları Fatihə ilə yad edib.

Az.rasthaber.com xəbər verir ki, Ayətullah Şəhid Seyid Məhəmməd Baqir Həkimin həyat yoldaşının anım mərasimində briqada generalı İsmayıl Qaani də iştirak edib.

Xatırladaq ki, General Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndis keçmiş ABŞ prezidenti Donald Trampın göstərişi ilə 2020-ci il yanvarın 3-də Bağdad hava limanında törədilən terror aktı nəticəsində şəhid olublar.

Xəbəri paylaş

VİDEOLAR