İmam Xomeyni ilə tarixi ittifaq İslam İnqilabının qələbə tempini sürətləndirib.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikası ordusunun baş komandanı diviziya generalı Seyid Əbdür-Rəhim Musəvi bəyan edib.
"İmam Xomeyni ilə tarixi ittifaq İslam İnqilabının əsaslarını möhkəmlətdi", - deyə o bildirib və qeyd edib ki, bu məxsusi ittifaqın effektivliyi barədə gənclərə geniş məlumat vermək lazımdır.
"İslami İran xalqı ordunu sevir, ordu isə mərd İran xalqının hörmət və etimadına sahibdir. Bu gözəl etibar və ehtiram ordunun hər bir komandir və şəxsi heyəti üçün dəyərlidir", - deyə o əlavə edib və vurğulayıb ki, bu mövqeyin qorunub saxlanılması hər bir şey ediləcək.
Xatırladaq ki, İnqilab ərəfələrində çox sayda hərbi qulluqçu şahın zalımanə əmrlərini yerinə yetirərək xalqa qarşı addımlar atmaqdan imtina edərək xalqın İslam İnqilabına öz töhfəsini vermişdi.