İranın Passiv Müdafiə Təşkilatının rəisi general Qulamrza Cəlali deyib ki, yanacaq sistemlərinə qarşı kiber hücumu ABŞ və İsrail rejimi tərəfindən həyata keçirilib.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, o, İranın yanacaqötürmə sisteminə xələl gətirmək məqsədilə kiber hücumunun araşdırılması, kiber hücumlar qarşısında kövrəkliyin azaldılması yolları və təşkilatın kiber infrastrukturlarının təhlükəsizliyinin təmini üzrə son addımlardan danışıb.
"Təbliğat tablolarına qarşı kiber hücum da yanacaqpaylama sisteminə hücumla bağlı olub. Əlbətə, texniki qoşulma cəhətdən məsələ araşdırılmaqdadır və indiyədək bu istiqamətdə bir bağlılıq tapmamışıq", - deyə o əlavə edib..
General Cəlali, «Sizcə, bu kiber hücumunda daxili amillərin də əlləri ola bilərmi?» sualının cavabında belə deyib: Daxili amillərin də bu kiber hücumunda əlləri ola bilər və təhlükəsizlik orqanları məsələni araşdırmaqdadırlar.