İran ordusu “ağıllı döyüş sursatları” ilə təchiz edilir.
Az.rasthaber.com “ParsToday”-ə istinadən xəbər verir ki, bu barədə İran Quru Qoşunlarının komandanı briqada generalı Kiomərs Heydəri bildirib.
O deyib ki, orduya diqqət qoşunların mobillik və effektivliyini artırır.
“Biz zirehli texnika, artilleriya və vertolyot sahələrində ağıllı döyüş sursatları hazırlamışıq”, - deyə iranlı general qeyd edib.
Onun sözlərinə görə, detalların istehsalı sahəsi üçün zavod inşa edilib, vertolyotların keyfiyyətinin artırılması sahəsində də müvafiq təsisat qurulub.
General Heydəri əlavə edib ki, İran ehtiyat hissələri, zirehli texnika, artilleriya və vertolyot sahəsində özünü təmin edə bilir.
O, sonda vurğulayıb ki. İran Quru Qoşunlarının komandanlığının strukturu 3 prinsipə - Vilayət, ədalət və meritokratiyaya əsaslanır.
Meritokratiya - bilik və bacarıqlara əsaslanaraq həyata keçirilən bir idarə üsulu. Bu idarə üsulunda hakimiyyət şəxsi özəllikləri olan şəxslər arasında bərabər bölüşdürülür, ayrı-seçkilik yoxdur. Xüsusən cəmiyyətin idarə edilməsində istifadə olunan bu idarə üsulunda əsas məqsəd daha savadlı və bacarıqlı şəxslərin seçilməsidir.