Bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun deyib
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәtdin Altun Baydenin bәyanatına münasibәt bildirәrәk deyib: ‘‘Türkiyә demokratik siyasi mühitinin bu növ bәyanatlarla pozulmasına icazә vermәyәcәk vә prezidentimiz Rәcәb Tayyib Әrdoğanın liderliyindә mübarizәsinә davam edәcәk’’.
Rәsmi internet sәhifәsindә mәsәlә ilә bağlı paylaşım edәn Fәxrәtdin Altun bildirib ki, Baydenin dekabr ayında işlәtdiyi vә bu günlәrdә media orqanlarının yaydığı ifadәlәri Türkiyә üzәrindә oynanan oyunların bir göstәricisidir.
Bu ifadәlәrin demokratiya vә Türkiyә-ABŞ arasındakı ikştәrәfli münasibәtlәr ilә üst-üstә düşmәdiyini ifadә edәn Fәxrәddin Altun bildirib ki, Co Baydenin bu yersiz ifadәlәrinin mövcud rәhbәrlik tәrәfindәn qәbul edilmәdiyinә inanırıq. Türkiyә demokratik siyasi mühitinin bu növ bәyanatlarla pozulmasına icazә vermәyәcәk. Prezidentimiz Cәnab Rәcәb Tayyib Әrdoğanın liderliyindә mübarizәsinә davam edәcәk. Heç kim milli iradәmizә vә demokratiyamıza hücum edә bilmәz.
Baydenin bәyanatlarına münasibәt bildirәn Әdalәt vә İnkişaf Partiyasının sözçüsü Ömәr Çelik isә deyib: ‘‘Bu ifadәlәrin nә NATO müttәfiqliyi, nә dә demokratik tәfәkkürlә әlaqәsi yoxdur. Türkiyә prezidenti xalqın iradәsi ilә seçilib vә vәzifәsini davam etdirir. Prezidentimizә qarşı mövqe nümayiş etdirmәk Türkiyәyә qarşı mövqe nümayiş etdirmәkdir.