Fəxrizadə cinayətinin arxasında ABŞ, İsrail və Səudiyyə işbirliyi durur

Fəxrizadə cinayətinin arxasında ABŞ, İsrail və Səudiyyə işbirliyi durur

Bu barədə İran XİN başçısı Məhəmməd Cavab Zərif bəyan edib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İsrail, ABŞ və Səudiyyə Ərəbistanı arasındakı əlbirlik nüvə alimi Möhsün Fəxrizadənin qətli ilə nəticələnib.

Bu barədə İran XİN başçısı Məhəmməd Cavab Zərif bəyan edib.

“(ABŞ dövlət katibi Mayk) Pompeonun regiona təcili səfərləri, Səudiyyə Ərəbistanındakı üçtərəfli görüş və (İsrail Baş naziri Binyamin) Netanyahunun bəyanatları – bütün bunlar, təəssüf ki, cümə günü terror aktına və ölkənin görkəmli nümayəndələrinin birinin qətlinə səbəb olan əlbirlik haqda danışır”, – deyə o, qeyd edib.

Zərifin sözlərinə görə, “mərd İran xalqına qarşı puç olmuş maksimum təzyiq siyasətinin təsisçiləri və tərəfdarları (ABŞ prezidenti Donald) Trampın son günlərindən istifadə etmək istəyirlər ki, sanksiyaların ləğvinə səbəb olan mövcud vəziyyəti məhv etsinlər”.

Xəbəri paylaş

VİDEOLAR