Əfv Təşkilatından Qəzzadakı mümkün hərbi cinayətlərlə bağlı çağırış

Əfv Təşkilatından Qəzzadakı mümkün hərbi cinayətlərlə bağlı çağırış

Beynəlxalq Əfv Təşkilatı Beynəlxalq Cinayət Məhkəməsini keçən avqustda İsrail qüvvələrinin Qəzzada törətdiyi mümkün hərbi cinayətlərlə bağlı araşdırma aparmağa çağırıb.

Az.rasthaber.com xəbər verir ki, bu insan haqları təşkilatı çərşənbə axşamı yaydığı yeni hesabatda işğalçı İsrailin mühasirəsindəki Qəzza zolağında üç gün davam edən qarşıdurma zamanı həlak olan 49 fələstinli arasında 31 mülki vətəndaşın olduğunu bildirib.

Mərkəzi Londonda yerləşən təşkilat Beynəlxalq Cinayət Məhkəməsini “2022-ci ilin avqustunda işğalçı İsrailin hücumu zamanı törədilən hər hansı mümkün hərbi cinayətləri təcili olaraq araşdırmağa” çağırıb.

Hesabatda Qəzzanın şimalındakı Cibaliya qaçqın düşərgəsini hədəf alan və 7 mülki vətəndaşın öldürüldüyü hücumun təfərrüatları açıqlanıb.

Bu təşkilat fələstinli qrupların oxşar mümkün hücumlarının da araşdırılmasını istəyib.

Xəbəri paylaş

VİDEOLAR