Fuad Hüseyn: İsrailin İraqa hücum etmək niyyətində olduğuna dair mesajlar almışıq

Fuad Hüseyn: İsrailin İraqa hücum etmək niyyətində olduğuna dair mesajlar almışıq

İraqın xarici işlər naziri Fuad Hüseyn İsrailin ölkəsinə hücum etməyə hazırlaşdığına dair mesajlar aldığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin İraqdakı Həşdi Şabi qüvvələrinə qarşı mümkün hücum ehtimalına qarşı danışan Hüseyn, "İsrailin İraqa silsilə hücumlar təşkil etmək niyyətində olduğuna dair mesajlar aldıq" dedi. 

Hüseyn ABŞ-ın İrana mümkün hücumunun təsirlərindən də narahat olduqlarını qeyd edib.

Suriya ilə əlaqələrə gəlincə, Hüseyn, "İraq siyasətində yeni Suriya məsələsinə qarışmamaq üçün razılaşma var" dedi. 

Xəbəri paylaş

VİDEOLAR