Fəthdən HƏMAS-a xain hücum: Ölənlər var

Fəthdən HƏMAS-a xain hücum: Ölənlər var

Bazar günü Livanın cənubunda fələstinlilərin düşərgəsində HƏMAS-ın bir üzvünün dəfn mərasimində baş verən atışma nəticəsində İslamçı hərəkatın üç üzvü öldürülüb.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə müqavimət hərəkatı məlumat yayıb.

Məlumat HƏMAS rəsmisi Rəfat əl-Murra tərəfindən açıqlanıb.

O bildirib ki,  Fəth hərəkatının üzvləri cümə günü Burc Əl-Şəmali düşərgəsində baş verən partlayış nəticəsində ölən fələstinlinin dəfn mərasimində atəş açıblar, nəticədə altı nəfər yaralanıb.

Düşərgə sakini AFP-yə bildirib ki, atışmadan sonra silahlı qarşıdurma yaşanıb və bunda həm Fəth həm də HƏMAS üzvləri iştirak ediblər.

Qeyd edək ki, Livanda fələstinlilərin düşərgəsində üç gün öncə partlayış baş vermiş və ölənlər olmuşdu.

Xəbəri paylaş

VİDEOLAR